Bizi sosial şəbəkələrdən izləyin:
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) aşıq Zülfiyyə İbadovanın müğənni oğlu Babəkin verilişlərin birində söylədiyi “Müğənnilərin əksəriyyəti restoranımızda yemək yeyib, hesabı nisyə dəftərinə yazırlar” sözlərə sərt şəkildə reaksiya verib.
Bu haqda Tolik aparıcısı olduğu “Tarixin bir günü” verilişində danışıb.
T.Əliyev məsələ ilə bağlı fikirlərini belə nəql edib:
“Müğənni deyəndə camaatın yadına Aygün Kazımovadan tutmuş bir çox ifaçılar düşür. Onlar heç zaman sizin restoranınızda olmayıblar. Deyin ki, bizim dostlarımız gəlib restoranımızda yemək yeyirlər... Amma demək ki, müğənnilər nisyə yazdırırlar, düzgün deyil. Misal üçün, mən sizin restoranınızın yerini tanımıram. İşlədiyim müğənnilərin heç biri - yəni nə Aygün Kazımova, nə Röya Ayxan, nə Sevil Sevinc Səfərova bacıları orada olub. Bu camiə böyükdür. Amma ümumi danışmaq ki, gəliblər, yeyiblər və pulu nisyə dəstərinə yazıblar, doğru deyil. Mən hara getsəm, yediyim yeməyin pulunu ödəyirəm. Mən bəzi “acqarın” müğənnilər kimi deyiləm, 20 manatlıq bir yeməkdən ötrü sosial şəbəkə hesabımda həmin məkanın reklamını paylaşım. İnsan bir şəxsiyyət olmalıdır”. (olay)