Zaqatalalı gənc Polşada faciəli şəkildə öldü - Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ
357
15:33, Bu gün

Zaqatalalı gənc Polşada faciəli şəkildə öldü - Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

Azərbaycanlı gənc Polşada yol-nəqliyyat hadisəsində ölüb.
 
Moderator.az Lent.Az-a istinadən xəbər verir ki, hadisə Varşavadan 300 kilometr aralıdakı Mepno şəhərində qeydə alınıb.
 
Zaqatala rayon Üçüncü Tala kənd sakini, 29 yaşlı Anar Əsədlinin idarə etdiyi avtomobil qatarla toqquşub.
 
Nəticədə A.Əsədli aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
 
 
Hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
 
Qeyd edək ki, Anar Əsədli iki ildir Polşada yaşayır və işləyirmiş.
 
Qəza görüntülərini təqdim edirik:
 
Link kopyalandı!
Son xəbərlər