Bizi sosial şəbəkələrdən izləyin:
Sabirabad rayonunun Sərxanbəyli kənd tam orta məktəbinin təmirə ehtiyacı var. Bununla bağlı video sosial şəbəkələrdə yayılıb. Məktəbdə vəziyyət o həddə çatıb ki, içində və həyətində sərbəst şəkildə heyvanlar gəzişir. Videonu paylaşan şəxs ürəkağrısı ilə məktəbin vəziyyətindən söz açıb.
Təhsil məsələləri üzə mütəxəssis Elçin Əfəndi Moderator.az-a açıqlamasında bildirib ki, məktəb uzun illərdir təmir olunmur:
“Ölkəmizdə 4 min 400-dən çox təhsil müəssisəsi fəaliyyət göstərir. 473 məktəbin yenidən təmirə ehtiyacı var. Bu məktəb də məhz təmirə ehtiyacı olan təhsil ocaqları siyahısındadır. Sabirabadın Sərxanbəyli tam orta məktəbi 1989-cu ildə istifadəyə verilib. Həmin ildən sonra orada əsaslı şəkildə təmir işləri aparılmayıb. 320 şagirdlik məktəbdir. Burada məktəbəqədər təhsil müəssisəsini də nəzərə alsaq ümumilikdə 317 şagird təhsil alır. Əlbəttə ki, görüntü xoşagələn mənzərə deyil. Düşünürəm ki, yəqin ki, qarşıdakı dövr ərzində digər təmirə ehtiyacı olan məktəblərlə paralel bu məktəbin də əsaslı şəkildə təmiri baş tutacaq. Dövlət büdcəsindən təhsil üçün əvvəlki illərlə müqayisədə daha çox vəsait ayrılıb. Bu vəsaitin də müəyyən hissəsi həmin bu tipdən olan məktəblərin təmir və tikintisinə ayrılacaq. Eyni zamanda müəyyən fondlar və təşkilatlar tərəfindən investisiya qoyularsa məktəblərin təmiri daha tez baş tuta bilər. Əlbəttə ki, məktəbdə ev heyvanlarının yer alması, qoyun-quzunun otlaması xoşagələn görüntü deyil. Kənd məktəbidir, məktəb rəhbərliyi də məsuliyyət daşımalıdır”, - deyə təhsil eksperti bildirib.
![](//ssl.moderator.az/file/articles/2025/02/07/1738916700_10-1.jfif)