Professor:
511
15:19, Bu gün

Professor: "İstanbul, gec-tez böyük zəlzələ ilə üzləşəcək" - VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalında son bir həftədə Egey dənizində baş verən ardıcıl zəlzələlər və onun gələcəkdə təkrarlanma ehtimalı müzakirə edilib.
 
Verilişə dəvət alan İstanbul Universitetinin professoru, zəlzələ üzrə ekspert Hüseyin Öztürk Aralıq dənizindəki zəlzələ ocaqlarının dinamikası barədə geniş məlumat verib.
 
Hüseyin Öztürk İstanbul şəhərini böyük zəlzələ təhlükəsinin gözlədiyini də anons edib.
 
"İstanbul gec-tez böyük zəlzələ ilə üzləşəcək. Bəzilərinə görə həmin zaman uzaqda deyil, biz işimizi ona uyğun tənzimləməliyik. İstanbulda zəlzələ krizisinin yaşanması istisna deyil, amma bunun konkret nə vaxta baş verəcəyini bilmirik" - deyə Hüseyin Öztürk vurğulayıb.
 
Link kopyalandı!
Son xəbərlər