407
13:46, Bu gün

"Ferentsvaroş" Romaonu xoşbəxt etdi - VİDEO

"Qarabağ"dan "Ferentsvaroş"a keçən futbolçu Julio Romao Macarıstan klubunun rəsmi saytına açıqlama verib.
 
Moderator.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi yeni klubuna keçidi barədə danışıb. O, "Ferentsvaroş"u böyük klub hesab etdiyi üçün komandaya keçdiyini söyləyib: "Qollarım və məhsuldar ötürmələrimlə kluba uğur qazanmasına kömək etmək istəyirəm. Hazırda komanda yoldaşlarımla tanış olmağa çalışır, kollektivə tezliklə uyğunlaşmaq istəyirəm. Hücumçumuz Mateus Saldaniyanı Azərbaycandan tanıyıram. Biz fərqli klublarda çıxış edirdik. Raul Qustavonun isə əvvəllər Braziliyanın məşhur klublarından olan "Korintians"da çıxış etdiyini bilirəm. Burada olduğum üçün özümü xoşbəxt hiss edirəm".
 
Qeyd edək ki, Julio Romao 2022-ci ildən "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisi ilə 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.
Link kopyalandı!
Son xəbərlər