Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Metropolitenində qatarlardan birində su sızması baş verib.
Moderator.az xəbər verir ki, bu barədə görüntülər Baku.ws-in qaynar xəttinə daxil olub.
Bildirilib ki, bu gün saat 14:30-da metronun "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarlardan birində müşahidə kamerasından vaqona su tökülməyə başlayıb. Axan su sərnişinləri narahat edib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Sözügedən görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, sözügedən məsələ dərhal nəzarətə götürülüb.
O qeyd edib ki, operativ tədbirlər üçün müvafiq tapşırıq verilib:
"İctimaiyyətə bununla bağlı əlavə məlumat təqdim olunacaq".