Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, bu il “Avroviziya”da ölkəmizi “Mamagama” qrupu təmsil edəcək.
Moderator.az xəbər verir ki, “Avroviziya 2025” İsveçrənin Bazel şəhərində 13-17 may tarixlərində keçiriləcək.
“Mamagama” qrupu 13 mayda ilk yarımfinalın ikinci hissəsində səhnəyə çıxacaq.
Təmsilçi qrupun müsabiqədə hansı mahnı ilə çıxış edəcəyi və səhnə performansıyla bağlı əlavə məlumat yaxın günlərdə açıqlanacaq.
Qrupun hansı mahnı ilə çıxış edəcəyi bəlli olmasa da, ilkin rəylər heç də ürəkaçan olmayıb. İzləyicilər “Mamagama” qrupunun doğru seçim olmadığını, hətta finala belə vəsiqə qazanmayacağını bildirib.
Bəs, “Mamagama” qrupu necə yaranıb?
“Mamagama” 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında uğur qazanıb.
“Mamagama” 2023-cü ildə də təmsilçi olmaq üçün namizəd olmuşdu. Hətta daha əvvəl qrup Safael və rus əsilli Roma Zeedən (Roman Zilianev) ibarət olub. Onlar Albaniyada keçirilən 23-cü “Kenga Magjike” festivalında ölkəmizi təmsil edərək “Best new international artist” kateqoriyası üzrə qalib olub. “Avroviziya” üçün müraciət zamanı isə qrupun tərkibində dəyişiklik edilib.
“Mamagama” 3 nəfərdən ibarətdir. Hazırda qrup üzvləri:
Asəf – Frontmen və əsas vokalçı,
Hass – Gitara ifaçısı,
Arif – Zərb alətləri.