Suriyanın birinci xanımı ilk dəfə görüntüləndi - Video
388
04 Feb 2025 | 22:21

Suriyanın birinci xanımı ilk dəfə görüntüləndi - Video

Xəbər verdiyimiz kimi, Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaara (Culani) ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.
 
Culani səfər çərçivəsində Məkkədə Ümrə ziyarətində iştirak edib.
 
Onu bu səfərdə həyat yoldaşı Latifa əl-Şaara da müşayiət edib. Bununla da, Suriyanın birinci xanımı ilk dəfə görüntülənib. 
 
Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. 
 
Onu da xatırladaq ki, Əhməd əl-Şaara bu gün Türkiyəyə rəsmi səfər edəcək.

 

Link kopyalandı!
Son xəbərlər