Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO
376
17:44, Bu gün

Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 4-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 203 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
 
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Link kopyalandı!
Son xəbərlər