Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Tünzalə Ağayeva ard-arda yeni layihələr təqdim edib.
Moderator.az xəbər verir ki, sənətçi məşhur “Atəşim var, külüm yox” mahnısına yeni nəfəs verib.
Müğənni əfsanəvi mahnını tam fərqli janr və aranjemanda təqdim edib. Mahnını Emin Karim aranjeman edib.
Xalq artisti yaranan layihədən ağızdolusu danışıb:
“Mahnıda səslənən rep hissəsi əsərə bir yenilik qatdı. Xahişimlə dəyərli dostum, meyxanaçı, şair Fariz Zeynalov möhtəşəm bir qəzəl yazdı. Çünki çox istəyirdim ki, bu mahnı məhz hip-hop janrında səslənsin. Burada da rep tələb olunduğu üçün düşündük ki, belə maraqlı alınar.
Klipdəki obrazım eşqə düşən, eşq axtaran müasir dərviş obrazıdır. Rəqqaslarımız iki sevgili obrazını canlandırdılar. Onlar çox istedadlıdırlar. Bu mahnıya müraciət etməyimdə əsas məqsəd gənc nəsillərə bizim xalq, bəstəkar mahnılarımızı, muğamlarımızı, təsniflərimizi, folklorumuzu tanıtdırmaqdan ibarətdir”.
Mahnının musiqisi və sözləri bəstəkar, sənətçi Suat Sayına məxsusdur. Mahnının rep hissəsini meyxanaçı, şair Fariz Zeynalov yazıb.
Xalq artistinin klipinin rejissoru Nicat Qafuroğlu, operatoru isə Elvin Hacıəliyevdir. Layihənin direktoru Yalçın Cabbarovdur.