37 ailənin qazı, işığı niyə kəsilib? - VİDEO
452
03 Feb 2025 | 18:08

37 ailənin qazı, işığı niyə kəsilib? - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi, 41 ünvanındakı yataqxana tipli binada qaz və işıq təchizatı dayandırılıb.
 
37 ailənin yaşadığı binanın sakinləri iddia edirlər ki, bu onları evlərindən çıxmağa məcbur etmək üçün atılmış addımdır.
 
Şikayətçilərin sözlərinə görə, sakinlərə binanın qaz və işıq təchizatının dayandırılma səbəbinin qəzalı vəziyyətlə əlaqədar olduğu deyilib.
 
"İcra Hakimiyyətini üç dəfə məhkəməyə verdik, bir nümayəndəsi belə iştirak etmədi. Bizə verilən kompensasiya ilə razılaşmırıq. Hamımız evimizi tələb edirik. Bu vəziyyəti yaradırlar ki, öz xoşumuzla çıxıb gedək. Ölənə qədər bu binadan çıxmayacağam", - deyə sakinlər etirazlarını bildiriblər.
 
Daha ətraflı Baku TV-nin süjetində:
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər