Bizi sosial şəbəkələrdən izləyin:
“Gənclik vaxtlarımda danışmadığım müğənnilərə çox stress yaşatmışam. İllər əvvəl bir mötəbər toy məclisi keçirildi. Orada mən təşkilatçi idim. Toyun aparıcısı Afaq Gəncəli, məclisi başdan sona kimi oxuyan isə Əməkdar artist Elton Hüseynəliyev idi. Məclis hotellərin birində idi. Danışmadığım, aramızda iki il məhkəmə çəkişməsi olan o xanım müğənninin sözügedən toy məclisindən əvvəl keçirilən xına məclisində iştirak etməsinin qarşısını aldım. Toy yiyələrinə dedim ki, o xanım müğənnini görəndə əhvalım neqativləşir”.
Bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) qonaq olduğu “Afaqla onlar” verilişində deyib.
Tolik bildirib ki, illər əvvəl təşkilatçısı olduğu toyların birində müğənni Natavan Həbibinin çıxışına mane olub:
“Bilmədim necə amma o həmin xanım müğənni özünü həmin toy məclisinə saldı. O xanımla düşmən mövqeyində idim. Afaq mənə söylədi ki, illərdir peşəkar səhnədəyəm və buna görə də heç kim mənə deyə bilməz ki, kimisə səhnədə təqdim etməyim. Ona dedim ki, sən Afaq mənim dostumsan və mən səndən bir dost kimi xahiş edirəm ki, o müğənnini səhnədə təqdim etmə. Afaq dedi ki, o zaman mən səhnədən çıxıb gedəcəyəm. Söylədim ki, getmə… Amma o çıxıb getdi. Bütün musiqiçiləri ayağa qaldırdım. Dedim ki, biriniz də orada oturmayacaqsınız. Həmin müğənni məclisdə mahnısını oxuyanda səs rejissoruna öncədən pul vermişdim ki, onun səsini dayandıracaqsan. Elə də oldu. Mən həmin xanım müğənniyə toyda etdiklərimi illər sonra etiraf etdim. Bu mənim gənclik illərimdə olan aqressiyam idi. Bu müğənni Natavan Həbibi idi. Bu haqda Natavan özü də dəfələrlə efirdə danışıb. Amma bu kimi şeylər indi etmərəm”. (olay)