Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Heydər Əliyev prospektinin köməkçi yolunda sürücüləri narahat edən problem haqqında məlumat verilib.
Belə ki, bu yolda nəqliyyat vasitələrinin əksəriyyəti mərkəz istiqamətində, yəni sol zolaqlarda hərəkət edir. Sürücülər irəlidəki arakəsmənin sol istiqamətində hərəkət etmək üçün düz xəttin tələbini pozmalı olurlar. Lakin sağ istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sayı olduqca azdır.
Qeyd olunub ki, köməkçi yoldan mərkəz istiqamətinə hərəkətin intensivliyini nəzərə alaraq, irəlidəki arakəsmənin bir qədər uzağa çəkilməsi, paralel olaraq düz xəttin də uzaqlaşdırılması mövcud vəziyyəti yüngülləşdirə bilər.
"Digər məqam isə sağ tərəfə əvvəldə üç, sonra iki zolağın olmasıdır. Nəqliyyatın bu istiqamətdə seyrəkliyi nəzərə alınaraq, tam tərsinə, sola iki, sağa isə bir zolaq ayrılsa, daha məntiqli olar", - deyə vurğulanıb.
Əlavə edilib ki, arakəsmənin yaxında olması burada mütəmadi qəzalara səbəb olur.
Ətraflı süjetdə: