Polis Bərdədə əməliyyat keçirdi: Həbs edilənlər var - VİDEO
494
15:47, Bu gün

Polis Bərdədə əməliyyat keçirdi: Həbs edilənlər var - VİDEO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. 
 
Bu barədə Moderator.az-a DİN-dən məlumat verilib.
 
Bildirilir ki, həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onlar əvvəlcədən əlbir olaraq narkotiki İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər və Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırıblar.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər