Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda metronun "Koroğlu" stansiyası ətrafındakı ərazidə reyd keçirib.
Reyd zamanı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış xüsusi zolaqlara daxil olan, dayanma-durma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına mane olan sürücülərə xəbərdarlıq edilib, onlardan bəziləri cərimələnib.
Yol hərəkəti qaydalarınına riayət etməsi ilə bağlı xəbərdarlıqdan sonra yol polisi əməkdaşının tövsiyələrinə əməl edəcəyini söyləyən sürücülərlə yanaşı, etirazını bildirənlər də olub.
"Kimsə zəng edəndə yolda gedə-gedə danışmalıyam?! Bəs maşını harada saxlayım", - qaydanı pozan sürücü deyib.
Daha ətraflı Baku TV-nin süjetində: