413
12:33, Bu gün

"Haber Global"da Tramp administrasiyasının PKK ilə gələcək münasibətləri təhlil edilib - VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalında Donald Tramp administrasiyasının Suriya, xüsusən PKK terror təşkilatının Suriya qolu olan PYD ("Demokratik Birlik Partiyası") və onun silahlı qanadı YPG ("Xalqı Müdafiə Birliyi") siyasəti təhlil olunub.
 
Siyasi ekspert Güngör Yavuz Aslan YPG-nin varlığının Vaşinqtonun bölgədə apardığı siyasətə verdiyi üstünlükləri sadalayıb.
 
Ekspert bildirib ki, Birləşmiş Ştatlar bölgədə İsrailin əsas müttəfiqidir və Təl-Əvivə yönələn təhlükələrin qarşısını alarkən Suriyanın şimalında yerləşən hərbi bazalardan istifadə edir.
 
G.Y.Aslan, xüsusən 2024-cü ilin oktyabr ayında İranın İsrailə artığı 400-dən çox raketin bir hissəsinin məhz PKK terrorçularının yerləşdiyi ərazilərdən zərərsizləşdirildiyini qeyd edib.
 
O, Donald Tramp administrasiyasının YPG ilə əməkdaşlıqdan belə asanlıqla imtina edə biləcəyinə inanmadığını bildirib.
Link kopyalandı!
Son xəbərlər