Xəstəxanalarda onlayn növbə sistemi nə zaman tam tətbiq olunacaq? - VİDEO
689
15:23, Bu gün

Xəstəxanalarda onlayn növbə sistemi nə zaman tam tətbiq olunacaq? - VİDEO

Xəstəxanalarda uzun növbələr, sıxlıq problemi hələ də davam edir.
 
Vətəndaşlar bu səbəbdən həkim qəbuluna düşməkdə çətinlik çəkdiklərini deyirlər.
 
Tibbi məsələlər üzrə ekspert Aydın Əliyev bildirib ki, hazırda bir çox xəstəxanalarda canlı növbə sistemi tətbiq edilir:
 
"Bu isə pasiyentlər arasında münaqişələrə səbəb ola bilir. Problemdən çıxış yolu bütün xəstəxanalarda onlayn növbə sisteminin tətbiqidir. Fikrimcə, belə sistem növbə prosesini daha şəffaf və ədalətli edər, eyni zamanda, sıxlığın qarşısını alar."
 
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qeyd edilib ki, hazırda onlayn növbə sistemi pilot layihə olaraq "Yeni Klinika"da tətbiq olunur:
 
"Ötən il ərzində ümumilikdə bu sistemdən 80 minə yaxın insan yararlanıb".
 
Onlayn növbə sisteminin bütün xəstəxanalarda nə zaman tətbiq ediləcəyi isə hələ dəqiq məlum deyil.
 
Daha ətraflı "Xəzər Xəbər"in süjetində:
 
Link kopyalandı!
Son xəbərlər