Bizi sosial şəbəkələrdən izləyin:
Ard-arda iki yol-nəqliyyat hadisəsinin baş verməsi paytaxtda nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınan bu qəzalar qeyri-pik saatda metronun "Koroğlu" stansiyası istiqamətində sıxlığın yaranmasına və nəqliyyatın dəqiqələrlə ləngiməsinə səbəb olub.