“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - VİDEO + ŞİKAYƏT
406
14:45, Bu gün

“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - VİDEO + ŞİKAYƏT

“Ağsu rayonunun Muradlı kəndində Şirvan kanalının üstündə pay torpağım var. Mən o torpağı nə əkə bilirəm, nə də becərə. Bunun səbəbkarı da Ağsuda fəaliyyət göstərən “Az-Granata” MMC şirkətidir. Mənim sahəmdə bizə də xəbər etmədən 2006-2007-ci ildə kanalizasiya xətti çəkiblər. Bu kanalizasiya xətti düzgün çəkilmədiyi üçün mənim sahəmi batırır. Torpaqda ancaq qamış çıxır. Bizi adam yerinə qoyub heç xəbər də etməyiblər. Həmin sahədə 3 nəfərin torpağı var. Hər üçümüz də ziyan çəkirik. Deyirik ki, ya gəl kanalizasiya xəttini düzəlt, ya da oradan çıxart”.
 
Bunu Moderator.az-a açıqlamasında şikayətçi Eyyub Əkbərov deyib. O daha sonra əlavə edib:
 
“Dəfələrlə “Az-Granata” MMC şirkətinə müraciət etsək də bir dəfə də gəlib sahəyə baş çəkməyiblər. Onları məhkəməyə də vermişəm. Pul verib işi saxlayıblar. Halbuki onlar mənə kompensasiya da ödəməlidir. Bir neçə il əvvəl problemlə bağlı olaraq Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etdim. Məni başçı ilə görüşdürmürlər. Qəbul etmir bizi. Ağsu rayon məhkəməsinə də müraciətlərimiz cavabsız qalıb. Ümid edirəm ki, məsələ sizin saytda işıqlandırıldıqdan sonra həllinə çalışacaqlar” deyə şikayətçi Eyyub Əkbərov iddoa eyib.
 
P.S. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Link kopyalandı!
Son xəbərlər