Bizi sosial şəbəkələrdən izləyin:
Qəzzada atəşkəs razılaşmasından sonra ABŞ hökumətinin Qəzza siyasəti necə davam edəcək?
Bu barədə "Haber Global" "YouTube" kanalında dərc olunan videosüjetdə bəhs edilir.
"Bütün dünyanın səbirsizliklə gözlədiyi tarixi an gerçəkləşib və Qəzzada üçmərhələli atəşkəs prosesi başlayıb.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hələ vəzifəsinin icrasına başlamadan atəşkəsin əldə edilməsində rol oynayıb. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff 11 yanvar tarixində İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Rəsmilərin sözlərinə görə, gərgin keçən görüş zamanı Vitkoff atəşkəslə bağlı israr edib. Daha sonra Dohaya gedən Vitkoff atəşkəs görüşmələrinə də qatılıb. HƏMAS-ın nümayəndəsi bildirib ki, Trampın yeni administrasiyasının təzyiqi olmasaydı, razılaşmanın mümkün ola biləcəyini təsəvvürünə belə gətirə bilməzdi.
Bəs atəşkəs razılaşmasının davamında ABŞ hökumətinin Qəzza siyasəti necə olacaq?
Donald Trampın Qəzza ilə bağlı hansı siyasəti yürüdəcəyi maraq doğuran suallar sırasındadır.
Trampın komandasından olan rəsmilərdən biri ABŞ-nin qaçqın fələstinliləri köçə məcbur edəcəyini iddia edib. Həmçinin, o, Stiv Vitkoffun atəşkəs zamanı Qəzzaya səfər edəcəyini də qeyd edib", - deyə materialda bildirilib.
Daha ətraflı videosüjetdə: