İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
581
17 Jan 2025 | 16:35

İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO

"Bakının rəsmi etirazlarına baxmayaraq, görünən odur ki, İran Azərbaycana qarşı şər və böhtan kampaniyasından əl çəkmək niyyətində deyil. Bir neçə gün öncə Ərdəbildə ölkənin ali rəhbərinin nümayəndəsi və şəhərin imam-cüməsi Həsən Amulinin himayəsi ilə keçirilmiş qalmaqallı tədbirlə əlaqədar İran mediasında geniş anti-Azərbaycan təbliğatı səngiməmiş Bakıya qarşı yeni qondarma ittiham ortaya atılıb. Daha doğrusu, ötən ilin may ayında İran prezidenti İbrahim Rəisinin və digər ölkə rəsmilərinin olduğu helikopterin qəzaya uğramasında Azərbaycanın hansısa rol oynadığı barədə sərsəm iddia yenidən gündəmə gətirilib".
 
Bu barədə "Azad İran" YouTube" kanalında yayımlanan süjetdə qeyd olunub.
 
Bildirilib ki, sözügedən helikopter qəzasında həlak olmuş İran prezidenti mühafizəsinin rəisi general Mehdi Musəvinin qardaşı Müctəba Musəvi "İran 24" xəbər kanalına verdiyi geniş müsahibədə Azərbaycanla bağlı bəzi fikirlər səsləndirib və dünəndən etibarən İran mediası həmin fikirləri geniş tirajlamağa başlayıb.
 
"Səfər ərəfəsində qardaşı ilə görüşən Müctəba Musəvinin dediyinə görə, prezident mühafizəsinin rəisi təhlükəsizlik mülahizələri ilə İbrahim Rəisinin İran-Azərbaycan sərhədinə səfərinin əleyhinə olub və bunu səlahiyyətli qurumlara bildirərək səfərin ləğv olunmasını istəyib. O cümlədən, təqribən yarım saat prezident aparatının rəhbəri Qulamhüseyn İsmaili ilə danışıb, lakin istəyinə nail olmayıb. Həmçinin SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) baş komandanına məktub yazaraq mühafizə bölməsinin bu səfərin əleyhinə olduğunu bildirib, amma müsbət cavab almadıqda öz vəzifə borcunu yerinə yetirərək prezidenti həmin səfərdə müşayiət edib.
 
Ətraflı süjetdə:
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər