Qazaxda yanan avtomobil belə söndürüldü - VİDEO
1607
17 Jan 2025 | 11:26

Qazaxda yanan avtomobil belə söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Hüseynbəyli kəndində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Nazirlikdən Moderator.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "VAZ-2107" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi qismən yanıb.
 
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər