Son günlər estetik əməliyyatlar, yaratdığı fəsadlar, əməliyyat zamanı insanların həyatını itirməsi halları artıb. Hətta saxta yolla fdiplom alan “həkim”lərin siyahısı günbəgün artır. Azərbaycanda estetik əməliyyatlara ən çox üz tutanlar sənət adamlarıdır.
Moderator.az xəbər verir ki, “Musavat TV” estetik əməliyyatlara tez-tez üz tutan məşhurların siyahısı hazırlayıb.
Xarici görünüşündə etdiyi dəyişiklik ilə ən çox diqqət çəkən Azərbaycanın pop “diva”sı Xalq artisti Aygün Kazımova saysız-hesabsız əməliyyatlar etdirib. Qabırğalardan ikisini çıxartdırıb, təkcə burnunu üç dəfə əməliyyatla düzəltdirib, bir neçə dəfə sinəsinin və dodaqlarında dəyişikliklər olunub və liposaksiya etdirib.
Xalq artisti Tünzalə Ağayeva və əməkdar artist lalə Məmmədova son illər görünüşü ilə müzakirə yaradanlardandır. Onlar etdirdikləri əməliyyatlardan sonra imiclərində də köklü dəyişikliklər ediblər.
Xalq artisti Faiq Ağayevin də estetik əməliyyatlara müraciət edənlərdəndir. O qulaq-burun əməliyyatı etdirib. Sənətçi yalnız gözlərindən əməliyyat olunduğunu etiraf edib.
Xalq artisti Röya da əməliyyat seçənlərdəndir. O, Rusiyada bədənşəkilləndirmə etdirib. Röya dəfələrlə rinoplastikaya üz tutub. O son olaraq üzgərdirmə üçün bıçaq altına yatıb.
Sənətçi Nadir Qafarzadə də illər öncə burun əməliyyatı keçirib. O, daha sonra əməliyyat ilə gözətrafındakı artıq ətləri götürüb, dodağındakı süni geli çıxartdırıb.
Əməkdar artist Sənubər İsgəndərli də botoks ilə üzündə və dodağında dəyişikliklər etdirib.
Müğənni Rəqsanə İsmayılova dəfələrlə estetik əməliyyatlar keçirib. O, dodağına, çənəsinə, qaşlarına və digər nahiyələrinə estetik müdaxilələr etdirib. Əkiz Sevil Sevinc bacıları isə burun əməliyyatı etdirərək xarici görünüşlərini tamamilə dəyişiblər.
Müğənnilər Xatun, Şəbnəm Tovuzlu, Damla, Sevinc Ağaşirinova, Nəfəs, aparıcı Afaq Gəncəli bədən şəkilləndirmə etdiriblər.
Müğənni Könül Kərimova, Mətanət Əsədova, Nazənin, Rühəngiz Allahverdiyeva, Nanə Ağamaliyeva,Ulvira Qarayeva da plastik əməliyyat etdirən məşhurlardandır.