Ağstafada qadın qadını borca görə öldürüb - Təfərrüatlar + FOTO/VİDEO
431
14:46, Bu gün

Ağstafada qadın qadını borca görə öldürüb - Təfərrüatlar + FOTO/VİDEO

Ağstafa rayonunda 61 yaşlı Fatma Musayevanın qonşusu və qohumu Zülfiyyə Musayeva tərəfindən qətlə yetirilməsinin yeni təfərrüatları məlum olub.

İki qadın arasında münaqişə borc üstündə baş verib.

Belə ki, Fatma Musayeva Zülfiyyə Musayevadan ötən ilin iyun ayında təxminən min manat borc pul alıb. Zülfiyyə Musayevanın həyat yoldaşı pulu qaytarmayan Fatma Musayevadan borcu almağı tələb edib.

esasss_3.jpg (73 KB)

Fotoda: Fatma Musayeva

Hadisədən təxminən 20 gün öncə Fatma Musayeva aldığı borcu geri qaytarsa da, qadınların arasında mübahisə davam edib. Nəticədə Zülfiyyə Musayeva qonşusu və qohumu olan Fatmanı qətlə yetirib. Zülfiyyə Musayevanın digər görüntüləri yaxınlıqdakı müşahidə kamerasına düşüb.

Fatmanın ölümünü ilk olaraq qonşular bilib. Mərhumun tələbə qızı atasına zəng edərək anası ilə danışa bilmədiyini deyib. Kənarda olan ata qonşuya zəng edərək xahiş edib ki, həyat yoldaşına telefonu götürməli olduğunu desin. Evə gələn qonşu Fatmanı qan içərisində öldüyünü görüb.

Məlumat üçün bildirək ki, öldürülən Fatma Musayeva ilə qətli törətməkdə şübhəli bilinən 49 yaşlı Zülfiyyə Musayevanın həyat yoldaşları qohumdur.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. /Teleqraf.com/

Link kopyalandı!
Son xəbərlər