600
09 Jan 2025 | 14:00

"Haber Global"da Əsma Əsədin Britaniya kəşfiyyatı ilə gizli münasibətləri müzakirə edildi - VİDEO

Türkiyənin "Haber Global" telekanalında Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin mətbuatda Britaniya kəşfiyyatı ilə əlaqələrinə dair iddialar müzakirə edilib.
 
Verilişin qonağı siyasi ekspert Faik Tanrıkulu və jurnalist, Yaxış Şərq məsələləri üzrə mütəxəssis Mete Sohtaoğlu olub.
 
Verilişdə açıqlama verən ekspert Faik Tanrıkulu xatırladıb ki, Əsma Əsəd uzun illərdir Britaniya vətəndaşıdır və yayılan iddialar əsassız deyil.
 
"Sual ortaya çıxır, uzun illər Suriyaya rəhbərlik etmiş Bəşər Əsəd həyat yoldaşının Britaniya kəşfiyyatı ilə əlaqələrindən xəbərsiz olub? Əgər xəbərdar olubsa, Əsəd özü bu münasibətlərdə ortaq olubmu? Bu suallar hələlik cavabsız qalır, amma ciddi şübhələr oyadır", - deyə ekspert Faik Tanrıkulu vurğulayıb. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər