Qəzadan xilas olan Məhəmməd:
761
09 Jan 2025 | 12:58

Qəzadan xilas olan Məhəmməd: "Qız panikaya düşmüşdü, xahiş etdi ki, yerimizi dəyişək" - VİDEO

"Əsgərlikdən təzə gəlmişdim. Rusiyaya atamın yanına gedirdim. Ailəvi orada yaşayırıq, təhsilimi də orada alıram".
 
Bunu AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Məhəmməd Papaxov deyib.
 
O, qəza baş verərkən sərnişinlərin panikaya düşdüyünü, ekipaj üzvlərinin isə peşəkarlıq göstərərək onları sakitləşdirə bildiklərini vurğulayıb:
 
"Bizə demişdilər ki, qəza enişi olacaq. Stüardessa hamını sakitləşdirib deyirdi ki, hər kəs yerində otursun, kəmərlərini bərkitsin. Qorxu, təşviş var idi. Düşəndən sonra gözlərimi bağladım, ora-bura dəydim, hər yerim əzildi. Pilotlar bacardıqları qədər yaxşı eniş etdilər. Təyyarəni başıaşağı buraxsaydılar, bəlkə də heç kim sağ çıxmazdı".
 
"Mən 30-cu yerdə, düz qanadın üstündə oturmuşdum. 31-ci yerdə bir qız oturmuşdu, panikaya düşmüşdü. Xahiş etdi, yerimizi dəyişdik, 31-ci yerdə oturdum. Eşitdim ki, o da sağdır, xəstəxanadadır", - deyə M.Papaxov bildirib.
 
Ətraflı Baku TV-nin süjetində:
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər