Bizi sosial şəbəkələrdən izləyin:
Son zamanlar məktəblərdə təhlükəsizlik məsələləri ciddi narahatlıq doğurur.
Bəzi məktəblərdə yuxarı sinif şagirdlərinin dərsə bıçaqla gəldikləri iddia olunur.
Təhsil eksperti İlqar Orucov qeyd edir ki, bu kimi hallara təkcə məktəblərdə deyil, eyni zamanda ali təhsil müəssisələrində də rast gəlinir:
"Məktəblərdə təhlükəsizliyin artırılması üçün həm müəssisə rəhbərliyi, həm müəllimlər, həm də valideynlərin birgə çalışması lazımdır".
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ümumtəhsil müəssisələrində təlim və tərbiyə işinin düzgün təşkili, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə mütəmadi monitorinqlər keçirilir.
Ətraflı "Xəzər Xəbər"in süjetində: