Avtomobillərə qaz balonu quraşdırarkən nələrə diqqət etmək lazımdır? - VİDEO
1317
07 Jan 2025 | 14:12

Avtomobillərə qaz balonu quraşdırarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

Bir neçə gün əvvəl paytaxtın Babək prospektində qaz quraşdırılmış avtomobildə partlayış baş verib. Hadisə nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Bu hadisə avtomobillərə qaz quraşdırılması məsələsini yenidən gündəmə gətirdi.
 
Mütəxəssislər bildirirlər ki, sürücülər avtomobillərini qaz sisteminə keçirərkən balonların və avadanlıqların təzə olmasına xüsusi diqqət yetirməlidirlər.
 
"Vaxtı keçmiş qaz balonlarının quraşdırılmamasına diqqət etmək lazımdır. Onların üzərində bütün məlumatlar yazılır. Sertifikatı olan şirkətlərə üz tutmaq, zəmanət sənədi tələb etmək məsləhətdir. Ucuz qiymətə xidmət göstərən şirkətlə işləmək sonda xoşagəlməz hallarla nəticələnir", - qaz balonu quraşdıran şirkətin nümayəndəsi Ramil Eyvazov Baku TV-yə açıqlamasında deyib.
 
Daha ətraflı - süjetdə:
 
Link kopyalandı!
Son xəbərlər