01:26
7°C
Bakı
İran parlamentinin üzvü Məhəmmədrza Səbbağiyan parlamentin spikeri Məhəmmədbaqir Qalibafı sərt tənqid edib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.
Belə ki, Məhəmmədrza Səbbağiyan ona "göstərişdən kənar danışmayın" deyərək xəbərdarlıq edən spiker Məhəmmədbaqir Qalibafa kəskin cavab verib:
"Sizin qədər heç kim qayda və nizamnamədən kənar hərəkət etmir."
M.Səbbağiyan bunu dedikdən sonra M.Qalibaf onun mikrofonunu söndürüb.
Millət vəkili isə buna cavab olaraq qışqıraraq parlament sədrinə - "Vallah, sən diktatorsan!", - söyləyib.