Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün səhər saat 10:30 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qəza qeydə alınıb.
Bu barədə Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
12:30
Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini "Sahil" metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq BakuBus"un mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.
11:50
Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-ə daxil olub.
Bildirilib ki, hadisə zamanı "BakuBus"a aid sərnişin avtobusu avtomobil daşıyan treylerə çırpılıb.
İlkin məlumata görə avtobusda sərnişinlər olub, hadisə nəticəsində ölən və xəsarət alanlar var.
Hadisə yerindən görüntüləri təqdim edirik: