Bizi sosial şəbəkələrdən izləyin:
Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan və Belçikanın yeni xarici işlər, Avropa məsələləri və xarici ticarət naziri Bernard Kvinti görüşüblər. Görüşdə terror təşkilatı PKK-nın Suriyadakı fəaliyyəti müzakirə olunub.
Hakan Fidan Suriyada PKK terror təşkilatının nəinki ölkənin özünü, eyni zamanda, Türkiyə və region ölkələrini də təhdid etdiyini qeyd edib.
"Suriyada terrora yer yoxdur", - deyən nazir PKK ünsürlərinin ölkəni tərk etməsini istədiklərini vurğulayıb.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, "Haber Global"da bu görüş və Hakan Fidanın açıqlaması müzakirə edilib.
Müzakirə zamanı Suriyada böyük qələbə əldə edildiyi vurğulanıb, lakin onun möhkəmləndirilməsi üçün regiondan PKK, YPG terror təşkilatlarının təmizlənməsinin və Suriyanın unitar quruluşuna qovuşmasının zəruriliyi qeyd edilib.
Həmçinin bildirilib ki, bu böyük qələbədən sonra bölgədəki digər ölkələr də müəyyən addımlar atmalıdırlar.
Ətraflı - süjetdə: