Bizi sosial şəbəkələrdən izləyin:
Suriyanın hər nöqtəsində keçmiş rejimin qətliamlarının izləri hələ də qalır. Bunlardan biri də Duma faciəsidir. Bəşər Əsəd rejiminin yeddi il öncə Dəməşqin bu bölgəsinə kimyəvi hücumu nəticəsində onlarla insan həyatını itirib.
"Haber Global" bununla bağlı süjet hazırlayıb.
Kadrlarda yaxınlarını itirən sakinlər həmin ağrılı günlər barədə danışıblar və o məşum hadisəni unuda bilmədiklərini qeyd ediblər.
"Mənə xəbər verəndə qaçaraq gəldim. Havadan zəhər iyi gəlirdi. Qardaşım və balaları yerə sərələnmişdilər, bəzilərinin ağızlarından köpük axırdı. Dəriləri soyulanlar var idi", - deyə faciə şahidlərindən Macid Ali Diyab danışıb.
O, bu qətliamda doqquzu uşaq olmaqla 12 doğmasını itirdiyini vurğulayıb.
Ətraflı süjetdə: