Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda avtomobil polis bölməsinin hasarına çırpılıb.
Moderator.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd olunub ki, hadisə bu gün səhər saatlarında Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Şahidlərin dediyinə görə, hadisəni "rent-a-car" şirkətindən icarəyə götürülmüş avtomobili idarə edən 17 yaşlı yeniyetmə törədib.
O, "Hyundai" markalı 77-MJ-327 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə idarə edərək əvvəlcə həyətdə park edilmiş bir neçə avtomobilə, daha sonra isə yaxınlıqdakı polis bölməsinin divarına çırpılıb.
Qəza nəticəsində park olunmuş KIA, "Mercedes" və "Hyundai" markalı avtomobillər ciddi zərər görüb.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.