Bizi sosial şəbəkələrdən izləyin:
Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan "Boeing 737-800" təyyarəsinin göyərtəsində olan 179 nəfər həlak olub, iki nəfər isə sağ qalıb.
Moderator.az xəbər verir ki, barədə "Yonhap" agentliyi məlumat yayıb.
İlkin versiyaya görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib.
***
Daha bir dəhşətli bir təyyarə qəzası baş verib. Belə ki, Cənubi Koreyanın yanğınsöndürmə xidmətinin məlumatına görə, 181 sərnişin daşıyan təyyarə Muan Beynəlxalq Hava Limanında qəzaya uğrayıb və ən azı 85 nəfər həlak olub.
Moderator.az “Yonhap” xəbər agentliyinə istinadla xəbər verir ki, təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxaraq divara çırpılıb.
Banqkokdan (Tailand) qayıdan Jeju Air aviaşirkətinə məxsus təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Hazırda yalnız iki nəfərin sağ olduğu təsdiqlənib, xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər.
Hava limanı rəsmisi bildirib ki, xilasedicilər təyyarənin quyruq hissəsində qalan insanları xilas etməyə çalışır. Təyyarədə olan sərnişinlərdən 173-ü Cənubi Koreya, 2-si isə Tailand vətəndaşıdır.
Qəzanın səbəbi hələ məlum deyil, lakin yerli mediada yayılan məlumatlara görə, hadisə təyyarənin sistemlərinə quşların girməsi nəticəsində baş verə bilər.
Milli Yanğın Agentliyinin məlumatına görə, həlak olan 62 nəfərin 37-si qadın, 25-i isə kişidir.
Qəza ilə bağlı araşdırmalar davam edir.