Bizi sosial şəbəkələrdən izləyin:
Rəsmi Bakı Kremlin təzyiqlərinə baxmayaraq, vurulan təyyarənin faciəsini susqunluqla qarşılamaqdan, xalqdan gizlətməkdən imtina edib”.
Moderator.az Medianews.az-a istinadən xəbər verir ki, bu barədə siyasi mövzularda xəbərlər və analitiklər dərc edən “Nezygar” “Telegram” kanalı məlumat yayıb.
Kanal Bakıdakı mənbələrinə istinadla bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Kreml rəhbəri Vladimir Putin və Çeçenistan prezidenti Ramzan Kadırovun müraciətlərinə baxmayaraq, mülki təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı təsnifləşdirməkdən imtina edib.
“Nezygar” kanalına Azərbaycan liderinə yaxın olan mənbə vəziyyəti bu qaydada izah edib: “Biz həqiqəti gizlədə bilmərik, xüsusən də söhbət günahsız insanların həyatından gedir. Azərbaycan kimliyindən asılı olmayaraq məsuliyyət daşıyanların aşkar edilərək cəzalandırılması üçün açıq və obyektiv araşdırmaya dəstək verəcək”.
Kanalın xəbərinə görə, aviasiya təhlükəsizliyi sahəsində ekspertlər əmindirlər ki, Böyük Britaniya və Fransanın sübutlarının olması Azərbaycanı sözün əsl mənasında təyyarə qəzasının əsas səbəblərini açıqlamağa məcbur edib.
Mənbə “Nezygar”a söyləyib ki, Prezident Əliyev və ölkənin xüsusi xidmət orqanları son 24 saat ərzində London və Berlinlə birbaşa əlaqədədir.
Digər mənbə isə bildirib ki, Rusiya tərəfinin təyyarəni öz ərazisindəki yaxın hava limanlarından birinə endirməkdən imtina etməsi və Xəzər dənizinə doğru uçmaq tələbini irəli sürməsi Azərbaycanı qəzəbləndirib. “Bakı bu davranışa görə izahat istəyir”.