Xoşbulağın iki üzü: Daşkəsənin əsas istirahət zonasından reportaj - VİDEO
773
21 Dec 2024 | 18:07

Xoşbulağın iki üzü: Daşkəsənin əsas istirahət zonasından reportaj - VİDEO

Daşkəsənin əsas istirahət zonalarından biri də Xoşbulaq kəndidir.
 
Kəndin giriş hissəsində evlərdə yaşayış yoxdur və iaşə obyektləri öz fəaliyyətini dayandırıb. Kənd sakinləri isə dağlıq ərazilərdə məskunlaşıblar.
 
Daşkəsən Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elmar Əliyevin sözlərinə görə, kənd iki hissədən ibarətdir: şərqi - yaylaq, qərbi - daimi yaşayış məskənidir.
 
O bildirib ki, rayonun böyük turizm potensialı var, kənd turizmi daha çox inkişaf edib.
 
E.Əliyev qeyd edib ki, Xoşbulaq yaylağı füsunkar təbiəti, təmiz havası ilə bu gün də tarixi şöhrətini qoruyub-saxlayır.
 
Turizm eksperti Ceyhun Aşurov kənddə daimi sakinlərin az olmasının hava şəraiti ilə əlaqədar olduğunu vurğulayıb:
 
"Yaşayış yerində qış mövsümü daha soyuq keçir. Yay aylarında isə əlverişli iqlim şəraiti ilə insanları cəlb edir".
 
Daha ətraflı Baku TV-nin süjetində:
 
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər