Vüqar Həşimovun valideynlərinin son durumu MƏLUM OLDU - VİDEO
1378
21 Dec 2024 | 13:00

Vüqar Həşimovun valideynlərinin son durumu MƏLUM OLDU - VİDEO

Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun anasının və atasının son durumu açıqlanıb.
 
Bu barədə Oxu.Az-a mərhum qrosmeysterin bacısı Samirə Allahverdiyeva məlumat verib.
 
"Anam hər iki ayağı əməliyyat olunduqdan sonra evə buraxıldı. Hazırda vəziyyəti yaxşılaşıb. Atam isə hələ də xəstəxanada reanimasiyadadır. Həkimlər vəziyyətinin ağırdan, orta ağıra keçdiyini deyiblər", - deyə S.Allahverdiyeva bildirib.
 
Xatırladaq ki, sözügedən partlayışda xəsarət alan qrosmeysterin atası Qasım Həşimova hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, anası Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.
 
Link kopyalandı!
Son xəbərlər