Bir neçə həftə əvvəl ana olan model Razi Əliyeva şəxsi həyatı ilə bağlı açıqlama verib.
Bu haqda Razi instaqram səhifəsində izləyicilərdən gələn sualları cavablayarkən edib.
Onlardan birinin “Həyat yoldaşınız uşağı gəlib gördü?” sualına model əri Nicat Əliyev qucağında oğlu Mikayıl və qayınanasının fotosunu yayımlayaraq belə reaksiya verib:
“Uşağın atasına görə narahat olmayın”.
“Həyat yoldaşının Nicat Əliyevlə barışdınız?” sualına Razi “Yox” yazaraq qısa şəkildə cavab verib.
Qeyd ki, Razi ötən ayın yəni noyabrın 11-də ana olub. Model dünyaya gətirdiyi oğluna Mikayıl adını verib. Daha sonra R.Əliyeva bir il əvvəl ailə qurduğu Nicat Əliyevdən ayrıldığını açıqlayıb. Bundan sonra Nicat müsahibə verərək Razidən boşanmaq istəmədiyi və ayrılmaqda qarşı tərəfi günahlandırıb. /Olay/