Bizi sosial şəbəkələrdən izləyin:
“Şahdağ” Turizm Mərkəzində fəaliyyət göstərən “Roller Coaster” adlı attraksionda problem yaranması, ziyarətçilərin bir müddət şaxtalı havada relslərin üzərində qalması ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, həmin hadisə ilə bağlı sosial şəbəkədə videogörüntülər paylaşılıb.
Vətəndaşlar həmin müddət ərzində turizm mərkəzinin rəhbərliyi tərəfindən heç bir tədbir görülmədiyini, qonaqlarla maraqlanan məsul şəxslərin gözə dəymədiyini bildiriblər.
Problemlə bağlı Dövlət Turizm Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yaranmış texniki nasazlıq qısa müddətdə aradan qaldırılıb: “Hadisə ilə bağlı məlumatımız var. Attraksionda bir neçə dəqiqəlik texniki nasazlıq yaranıb. Nasazlıq qısa müddətdə texniki heyət tərəfindən aradan qaldırılıb və attraksion yenidən işə salınıb. Rəhbərlik tərəfindən bu cür halların təkrarlanmaması üçün nəzarət tədbirlərinin gücləndirilməsi haqda tapşırıq verilib”.