Müşfiqin serialı Türkiyədə “Ən yaxşı” oldu
2172
09 Dec 2024 | 09:30

Müşfiqin serialı Türkiyədə “Ən yaxşı” oldu

Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatının bir neçə nominasiyada qalibləri müəyyənləşib.
 
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, məşhur internet serialı olan “Prens” də ən yaxşı komediya serialı mükafatını qazanıb.
 
Postmodern serial 16 iyun 2023-cü ildə BluTV platformasında yayımlanıb və qısa müddətdə böyük izləyici toplayıb. “Prens”in ssenaristləri Giray Altınok və Kerem Özdoğan, rejissorları isə Bülent İşbilen və Gökdeniz Usludur.
 
Qeyd edək ki, serialın prodüseri azərbaycanlı biznesmen və kinoprodüser Müşfiq Quluzadədir. Kollektiv mükafat alarkən ona təşəkkür edib.
 
Həmin görüntüləri təqdim edirik:
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər