Çin maşınlarını almağa dəyərmi?
1983
08 Dec 2024 | 17:45

Çin maşınlarını almağa dəyərmi?

2023-cü ildə Azərbaycana təqribən Çin istehsalı olan 8 min avtomobil gətirilib.
 
Əgər əvvəllər çoxluq Avropa və Amerika bazarına üz tuturdusa, artıq istiqamət Çinə doğru dəyişmək üzrədir. Çin istehsalı maşınların sərfəli qiymətə və ekonom mühərrikə sahib olduqları deyilir. Lakin Çindən gətirilən avtomobillərə hələ də etibar etməyən sürücülər var. Ustalar bunun həm obyektiv, həm də subyektiv səbəblərinin olduğunu deyirlər.
 
Usta Elçin Abbasovun sözlərinə görə, Azərbaycanda çox az Çin şirkətinin diler şəbəkəsi var:
 
"Diler şəbəkəsinin olmaması halında avtomobildə hər hansı bir nasazlığı tapmaq çətinləşir".
 
Bundan başqa, digər avtomobillərə nisbətən Çin istehsalı maşınların ehtiyat hissələrini də tapmaq asan olmur.
 
Ətraflı İTV-nin süjetində:
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər