Dilarə küsülü olduğu Samirədən danışdı
1476
06 Dec 2024 | 15:37

Dilarə küsülü olduğu Samirədən danışdı

“Avroviziya” təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova və Samirə Əfəndi arasında küsülülük “Rəngarəng” verilişində müzakirə olunub.

Proqramda qonaq olan Dilarə Samirə ilə danışmamasının səbəblərindən söz açıb.

Kazımova bildirib ki, əvvəllər Əfəndi ilə yaxşı münasibətdə olsa da, daha sonra müəyyən məsələlər görə aralarında soyuqluq yaşanıb:

“Bir zamanlar biz çox yaxşı münasibətdə idik. Hazırda münasibət də, küsülülük də yoxdur. Mən heç özüm bilmirəm bizim aramızda nə baş verdi. Rəqabət ümumiyyətlə olmalıdır, çünki biz səhnə insanları, qadın ifaçılarıq. Mən Samirə Əfəndinin səsini bəyənirəm. Onu “Avroviziya” vaxtı dəstəkləmişəm. Hətta biz danışmasaq da, mən onu dəstələməkdə davam etmişəm. Küsülü də deyilik. Küsülülük bir insana qarşı olan bir emosiyadır. Mənim isə heç bir emosiyam yoxdur”.

Proqramın aparıcısının “Bəlkə sizi barışdıraq?” sualından sonra Dilarənin mikrofonu efir rejissoru tərəfindən söndürülüb. Lakin Kazımovanın efirdə “Yox” cavabını verməsi onun üz mimikasından aydın sezilib.

Daha sonra “Samirə ilə sizi bir efirə dəvət etsək gələrsiniz?” sualına Kazımova belə reaksiya verib:

“Son zamanlar bəzi məqamlara görə artıq gözəl siyahım var. O siyahıda danışmırıqsa, yəqin ki, Samirənin də adı yoxdur. Siz aparıcı danışmadığınız bir insanla bir evdə otura bilərsiniz? Mən yalnız dost dediyim həmkarlarımla bir verilişdə iştirak edə bilərəm”.

Qeyd edək ki, Dilarə ilə Samirənin münasibətlərinin pozulmasına səbəb məkanların birində Əfəndinin Kazımovaya “salam” verməməsi olub. Bundan sonra ikili arasında inciklik yaranıb. (Olay)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər