Mehriban Xanlarova verdiyi dəhşətli qərarın SƏBƏBİNİ AÇIQLADI 
1692
06 Dec 2024 | 12:48

Mehriban Xanlarova verdiyi dəhşətli qərarın SƏBƏBİNİ AÇIQLADI 

“Rəsmi şəkildə imtina edirəm! Ölsəm, ölümün üstünə gəlməsin!”.

Bu sözləri Əməkdar artist Mehriban Xalnarova 35 ildir analıq etdiyi bacısı qızı haqqında söyləyib. Ondan imtina etdiyini deyən aktrisa “Bizimləsən” verilişinin canlı yayımında sərt açıqlamalar verib.

O, qızından imtina etməsinin səbəblərini açıqlayıb. Sənətçi qeyd edib ki, əgər bacısı sağ olsaydı, o da bu addımı atardı:

“Xala deyildimmi? Adicə Mehriban idimmi? Bundan sonra bilər ki, Mehriban həyatda kim idi. Və kimim idi həyatda. Həyat ona hər şeyi damla-damla göstərəcək. Allah mənə ömür versin və onu sağ ikən göstərsin. Bacım da sağ olsaydı, mənim etdiyimi edərdi. Mənim qanımdandırsa, edərdi. Bəlkə övladıdır, mən bilmirəm özü bilərdi. Bu söhbətə nöqtə qoyaq. Artıq bir daha sənin verilişindən elan edirəm. Adını çəkmək istəmirəm. O adda bacım qızı yoxdur. Məsuliyyət daşımıram. Bitdi. Bu söhbət burada bağlansın. Ondan qorxsun ki, onu analıqdan, atalarını da atalıqdan məhrum edərəm. O bilir ki, mən istəsəm edərəm. Vəkilim də var. Uşaqları da gətirib sübut edərəm. Görüm necə olar. Dövlət var, qanun var. Balalarını götürüb çıxıb getsin. Məni qaşımamalı idi. Mən adamı çox pis qaşıyıram. Mən yaxşı, mərhəmətli, insan üçün canımı ortaya qoyan insanam. İstəyir Bakıdan soruşsun, istəyir Cəlilabaddan ki, Mehriban necə insandır. Haqqı-halalı olsun. Mən yoxam artıq”./ Yenisabah.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər