“İzzət məni qaçırmaq istəyirdi” - Aynur
1868
02 Dec 2024 | 13:36

“İzzət məni qaçırmaq istəyirdi” - Aynur

"Sumqayıtdan konsertdən gəlirdik. İzzət Bağırov “20 yanvar”da dedi ki, Aynur gəl səni qaçırım. Ona dedim ki, İzzət anandan qorxuram”.

Bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “Bir gün” verilişində deyib.

Aynur bildirib ki, illər əvvəl həmkarı İzzət Bağırov onunla evlənmək istəyib:

“Niyə hər zaman insan düşünür ki, əgər həmkarınla bir səhnəni bölüşürsənsə deməli aralarında nələrsə var. Uşaqlıqdan hamı İzzətlə məni sevgili bildi, indi isə Niyam Salami ilə. O zamanlar qızlar İzzəti dəhşət dərəcədə sevirdilər. Gəlirdilər onu görməyə İzzətdə lovğana-lovğana çıxırdı qabaqlarına. Bu uşaqlıq qısqanclığı idi, baxırdım ağlayırdım”. (Olay)

Link kopyalandı!
Son xəbərlər