Ukrayna Rostov vilayətində
553
15:08, Bu gün

Ukrayna Rostov vilayətində "Atlas" neft bazasına dronlarla hücum edib

 
"Artıq üçüncü dəfə hücuma məruz qalan bu müəssisə Rusiya ordusunu neft məhsulları ilə təchiz edir..."
 
Ukraynanın bu gecə Rusiyanın Rostov vilayətinin Kamensk rayonunda dronlarla hücumundan sonra "Atlas" neft hazasında yanğın baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu müəssisə o cümlədən Rusiya ordusunu neft məhsulları ilə təchiz edir.
 
Bu baza Ukrayna dronları ilə artıq üçüncü dəfədir ki, hücuma məruz qalır. Bundan öncə neft bazasına avqustun 3-də və 28-də hücumlar edilib.
 
"Astra" və "Baza" Telegram-kanalları yanğının videosunu dərc edib. Şahidlər bundan öncə güclü partlayış baş verdiyi barədə məlumat verib.
 

 

 
Yanğının söndürülməsinə 100-dən çox adam və 38 vahid texnika cəlb edilib. Rəsmi məlumatda sənaye müəssisəsində yanğın barədə deyilir.
 
Kamensk rayonu Rusiyanın şimal-şərqində, Ukraynanın Rusiyanın nəzarətində olan Luqansk vilayətilə sərhəddə yerləşir.
 
Dron qalıqları həmçinin Kamensk rayonunun Maslovka xutorunda və Tarasov rayonunun Dyaçkino slobodasında şəxsi evlərə xətər yetirib, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slesar yazıb.
 
Onun sözlərinə görə, Rostov vilayətində 30 dron vurulub, hücum nəticəsində zərərçəkən olmayıb.
 
Ötən gecə ərzində HHM vasitələri Rusiya regionları üzərində Ukraynanın 47 dronunu vurub, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyan edib.
 
29 dron Rostov vilayəti, 8 dron Krasnodar diyarı, Belqorod, Bryansk və Voronej vilayətləri üzərində hər birində 3 dron və ilhaq edilmiş Krım üzərində bir dron vurulub.
 
Şahidlər Tuapse limanı rayonunda dronların şəhərə hücumundan sonra tüstü qalxdığını deyib. Bryansk və Voronej vilayətlərində zərərçəkən olmayıb. Digər regionlarda hücumun nəticələri hələlik bəlli deyil.
Link kopyalandı!
Son xəbərlər