Gənc qız avtobusda qarşılaşdığı biabırçılıqdan danışıb.
Ankarada yaşadığını bildirən gənc qız ictimai nəqliyyatda davamlı olaraq təzyiqlərə məruz qaldığını bildirib. İşə getmək üçün ictimai nəqliyyatdan istifadə etməli olduğunu deyən gənc qız eyni avtobusda birlikdə getdiyi insanlar tərəfindən sıxışdırıldığını və seksual qısnamaya məruz qaldığını dilə gətirərək ağlayıb:
“İctimai nəqliyyatdan istifadə etməkdən artıq nifrət edirəm. Yaşlı kişilər işdən çıxıb avtobusa minirlər. Sərnişinlərin əksəriyyəti onlardan ibarətdir. Aralarında qadınlar çox azdır. Daim azğın qocaların baxışlarına məruz qalmaqdan bezmişəm. Həqiqətən artıq ictimai nəqliyyatdan nifrət edirəm. Çox qorxuram. Bu çox böyük bir təhlükədir. Hər kəs azğınlaşıb. Özümü güvəndə hiss etmirəm. Çox utandırıcıdır”.
Həmin videonu təqdim edirik:
Yenisabah.az