Ev tikib, kirayədən qurtulmaq istəyən azərbaycanlı aktyor 18 500 AZN-dən oldu
226
14:34, Bu gün

Ev tikib, kirayədən qurtulmaq istəyən azərbaycanlı aktyor 18 500 AZN-dən oldu

Kirayədən canını qurtarıb, özünə ev tikdirmək istəyən aktyor Tahir İsmayılov 18 500 AZN-indən olub.

Moderator.az xəbər verir ki, bu barədə Real Tv-də videomaterial nümayiş olunub.

Tahir İsmayılov qeyd edib ki, Binəqədi rayonundan aldığı torpağa görə ona verilən rəsmi sənəddə 400 kvadratmetrin ona aid olduğu qeyd edilib. Lakin sonradan torpağın başqa adama satıldığı ortaya çıxıb.

Aktyor torpağı 18 500 AZN-ə Xəyal adlı şəxsdən alıb. Ona pulun hamısını ödədikdən sonra Binəqədi bələdiyyəsinə yaxınlaşaraq hüquqşünas Namiq Kazımovdan bu saxta torpaq sənədini alıb. Bundan sonra torpağın qanuni sahibi olan Tahir Həsənov aktyora etibarnamə verib ki, torpaqda tikinti aparsın.

Tahir İsmayılov tikintiyə başladıqda isə ona icazə verilməyib. Ona bildirilib ki, bu torpağı Binəqədi bələdiyyəsinin hüquqşünası Namiq Kazımov başqa adama da satıb.

Beləcə aktyorun pulu əlindən alınıb və ona saxta sənədlə oyunu qurulub.

Xatırladaq ki, Tahir İsmayılov Gənc Tamaşaçılar Teatrının aktyorudur və 30 ildən çoxdur ki, fəaliyyət göstərir.

Ətraflı videoda

Link kopyalandı!
Son xəbərlər