Bizi sosial şəbəkələrdən izləyin:
Şabran rayonu, Surra kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbindən vətəndaş köməksiz vəziyyətdə qalıb.
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, qaynar xəttə daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, intensiv yağışlar nəticəsində Dəvəçiçay çayına sel gəlməsi səbəbindən hərəkətdə olan avtomobilin çayda batdığı və vətəndaşın avtomobildə təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə təhlükəli vəziyyətdə qalan 1966-cı il təvəllüdlü Cəfərov İdayət Nemət oğlu xilas edilib.