“Müştəriyə deyim ki, tullan yolun soluna?”
284
11:55, Bu gün

“Müştəriyə deyim ki, tullan yolun soluna?”

Bakının bir sıra küçə və prospektlərində COP29 zolağı qüvvədən düşsə də, bəzi ərazilərdə avtobusların istifadəsinə verilib.
 
Moderator.az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, avtobus zolağı kimi qalan yerlərdə əlavə yol nişanları da quraşdırılıb. Bu da minik avtomobillərinin, eləcə də taksilərin oraya daxil olmasını qadağan edir.
 
Belə ərazilərdən biri də Neftçilər prospektidir. Burada prospektin hər iki istiqamətində tədbirdən öncə çəkilən COP29 zolağından ictimai nəqliyyat istifadə edir.
 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, noyabrın 25-nə qədər həmin zolaqların çoxu qüvvədən düşdüyü üçün silinib, 5.9 yol nişanı da ərazidən götürülüb.
 
Sürücülərin əksəriyyəti isə həmin zolağın ictimai nəqliyyata verilməsindən xəbərsizdir.
 
Daha ətraflı sujetdə:
 

 

Link kopyalandı!
Son xəbərlər