Bizi sosial şəbəkələrdən izləyin:
Serbiya parlamentində müxalifət deputatları və hakim Serb Tərəqqi Partiyasının rəhbərlik etdiyi koalisiya üzvləri arasında dava düşüb.
Bu barədə "RİA Novosti" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, parlamentdə 2025-ci ilin büdcə layihəsinə baxılması nəzərdə tutulubmuş. Lakin iclasın əvvəlində, gündəm təsdiqləndikdən sonra müxalifət deputatları yerlərindən ayağa qalxıblar və hökumətin istefasını tələb ediblər. Bundan sonra mübahisə böyüyüb və deputatlar əlbəyaxa davaya çıxıblar.